Xəbər lenti

Rusiya prokurorluğu Anarla bağlı açıqlama yaydı
İdman 10:13 23.12.2017

Rusiya prokurorluğu Anarla bağlı açıqlama yaydı

Rusiyada dünya çempionunun ölümündə günahlandırılan Anar Allehverənovla bağlı Rusiya Federasiyası Baş Prakrorluğu Dünya Azərbaycanlıları Assambleyasına müraciət ünvanlayıb.

Dünya Azərbaycanlıları Assambleyasından Qaynarinfo-ya verilən məlumata görə, Assambleyanın sədri Rəşad Quliyevə ünvanlanan müraciətdə bildirilib ki, prokurorluq hadisəni araşdıran Xabarovsk əyalətinin prakrorluq orqanı qarşısında məsələ qaldırıb və məsələnin tam aydın və qərəzsiz araşdırılması üçün tapşırıq verilib:

"Avropa və dünya çempionu Andrey Draçovu öldürməkdə təqsirli bilinən Anar Allahverənovla bağlı etdiyiniz müraciətlə əlaqədar Rusiya Ədliyyə Nazirliyinin qarşımızda qaldırdığı məsələ ilə bağlı Rusiya Baş Prakrorluğu olaraq tərəfimizdən işin araşdırılması ilə məşğul olan Xabarovsk əyalətinin prakrorluq orqanı qarşısında məsələ qaldırılıb. Qaldırdığınız məsələ ilə əlaqədar hadisənin hərtərəfli araşdırılaraq, qeyd etdiyiniz məsələlər də daxil olmaqla, yerli prakrorluq orqanının məsələnin tam təfərrüatının araşdırılıb hansı qərar qəbul etdikləri ilə əlaqədar sizə məlumat verilməsi tərəfimizdən tapşırılıb”.

Xatırladaq ki, avqustun 20-də əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə Rusiyalı dünya çempionu Andrey Draçov arasında münaqişə baş verib. Hadisə nəticəsində hər iki tərəfin bir-birinə qarşı zor tətbiqi nəticəsində Andrey Dryaçov vəfat edib. Ancaq sırf məişət xarakterli münaqişənin "milli münaqişə” kimi təqdim etmək cəhdlər olub. Hadisədə təqsirli bilinən Anar Allahverənova qarşı daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan təkbətək davaya millətlərarası xarakter verilib.

Məsələ ilə əlaqədar Assambleya rəhbərliyi bir müddət öncə Rusiya hökumətinə müraciət edib. Müraciətdə baş vermiş hadisədən Rusiya ilə Azərbaycan arasında hökm sürən dostluq münasibətlərinə zərbə vurmaq meyilləri hiss olunduğu bildirilib. Rusiya rəsmi qurumlarına müraciətdə baş vermiş hadisəyə hüquqi qiymət verilərkən, insidentin milli deyil, məişət zəminli münaqişə kimi qiymətləndirilməsinin daha doğru və ədalətli olacağı qeyd olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->