Xəbər lenti

Rusiya şikayət etdi, ancaq UEFA Krımı Ukraynada saxladı
Dünya 18:02 10.06.2021

Rusiya şikayət etdi, ancaq UEFA Krımı Ukraynada saxladı

Ukrayna futbol milli komandasının 2020 Avropa çempionatı üçün forması Avropa Futbol Assosiasiyaları Birliyində (UEFA) nəzərdən keçirilib. Nəticədə, Kiyevdən "siyasi qeydin" götürülməsi tələb edilib. 

Qaynarinfo xəbər verir ki, bu haqda UEFA mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda deyilir ki, ukraynalılar "Qəhrəmanlara eşq olsun” şüarını formadan çıxartmalı olacaq, çünki bu, forma üzərində olan ilk "Ukraynaya şöhrət” şüarından fərqli olaraq açıq siyasi məna daşıyır.

Eyni zamanda, forma üzərindəki Krımlı Ukrayna xəritəsi təşkilatın qaydalarını pozmur, çünki BMT dövlətin müvafiq sərhədlərini tanıyır, - deyə UEFA-dan bildirilib.

Xatırladaq ki, UEFA Rusiya Futbol İttifaqından şikayət aldıqdan sonra ukraynalıların formalarını yoxlamağa başlayıb. 
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->