Divarlara rəsm çəkmək və yazmaq qanun pozuntusudur.
Qaynarinfo xəbər verir ki, bu haqda vəkil Aleksey Dobrınin xatırladıb. O deyib ki, bir çox insan səhvən küçə sənətçilərinin yalnız inzibati məsuliyyətə cəlb oluna biləcəyini düşünsə də, ancaq belə deyil.
Yazı sabun, ya bir əskiylə yuyulmazsa və əmlak sahibinə əhəmiyyətli dərəcədə maddi ziyan dəymişsə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə cavab verməli olacaqsınız. Özəl mülkiyyətə aid bir divarın korlanmsına görə azı iki il həbsə atıla bilərsiniz. Ancaq bir binanın divarına və ya ictimai nəqliyyatda bir yazı yazmaq üç aylıq həbs cəzasına səbəb olacaq.
İstisna ekstremizm və ya terrorizmə çağırışlardır. Beləliklə, küçə sənətçiləri əsərlərinin mövzusunu diqqətlə yenidən nəzərdən keçirməli olacaqlar. Əks təqdirdə, beş ilə qədər hansısa koloniyaya getməli olacaqsınız.
Alpər
Şərhlər