Xəbər lenti

Rusiyada həkimlər koronavirusdan ölümə görə dünya birincisidir
Dünya 18:29 19.05.2020

Rusiyada həkimlər koronavirusdan ölümə görə dünya birincisidir

Rusiyada həkimlər arasında koronavirusdan ölüm nisbəti müqayisəli insidans dərəcəsi ilə digər ölkələrə nisbətən 16 dəfə yüksəkdir. 

Qaynarinfo xəbər verir ki, bu haqda "Mediazona" adlı nəşrin tədqiqatında deyilir. Aaraşdırmada buna sübut kimi, Rusiyada ən azı 186 həkimin Covid-19-dan öldüyünə dair dəlilə əsaslanılıb.

Nəşr rusiyalı həkimlərin yaratdığı xəstəlikdən ölən həmkarlarının adlarını əks etdirən "Yaddaş siyahısı" xatirə layihəsini araşdırıb. Siyahıda 222 nəfərdən bəhs edilir. Səhiyyə Nazirliyindən, operativ qərargah və qohumlardan alınan rəsmi məlumatlara görə, 165 həkimin ölümü təsdiq edilib və əlavə olaraq siyahıda olmayan həkimlərin ölümləri də aşkar olunub.

Bu tədqiqatlar bütün təsdiqlənmiş ölümlərin üçdə ikisinin Moskva, Moskva bölgəsi, Sankt-Peterburq və Dağıstanda baş verdiyini göstərir. Ölənlərin yarısı kiçik və orta tibb işçiləridir.

Belə ki, "Mediazona"nın məlumatına görə, Rusiyada Covid-19-dan rəsmi məlumatlara görə, 2864 adam ölüb, bu da ölümlərin ümumi sayında tibb işçilərinin nisbətinin 7% olduğunu göstərir. Bu nisbət İngiltərə ilə müqayisədə 13 dəfə, İtaliyaya nisbətən 10 dəfə, İspaniyaya nisbətən 27 dəfə, ABŞ-a nisbətən 14 dəfə, İrandan 4 dəfə, Almaniyadan 29 dəfə yüksəkdir.

Tədqiqatçılar Rusiyada həkimlərin niyə bu qədər çox ölməsi ilə bağlı fikirlərini oryaya qoyublar. Versiyalardan biri koronavirusdan ölüm statistikasının gizlədilməsidir, ikincisi fərdi qoruyucu vasitələrin - əlcəklər, respiratorlar və kostyumların çatışmazlığı səbəbindən yoluxma riski yüksək olmasıdır. Bununla yanaşı, rəsmilər və xəstəxana rəhbərləri dəfələrlə bu problemin mövcudluğunu təkzib etdilər, - "Mediazona" qeyd edir.

Əlavə edək ki, son məlumatlara görə, Rusiyada 299 mindən çox yoxluxma faktı qeydə alınıb, təsdiqlənmiş diaqnozu olan 2,8 mindən çox insan ölüb.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->