Rusiyanın Krasnadar bölgəsində Mi-28 model hərbi helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində Biri polkovnik, digəri isə mayor olan 2 hərbçi həyatını itirib.
Pilotlar 4 kilometr yüksəklikdə idarəetməni itiriblər və helikopter pərləri üstə yerə düşüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Helikopterin qara qutusu incələnir.
Şərhlər