Rusiyada korrupsiyanı “vətənə xəyanət” maddəsi etmək istəyirlər - Petisiya

Rusiyada korrupsiyanı “vətənə xəyanət” maddəsi etmək istəyirlər - Petisiya

Müasir Rusiyada korrupsiya dövləti xəyanətlə eyniləşdirilməlidir.


Qaynarinfo xəbər verir ki, Rusiya İctimai Təşəbbüsünün (ROİ) veb saytında yerləşdirilən petisiyanın müəllifi buna əmindir.

 

O yazır ki, korrupsiya səbəbindən ölkəyə çox böyük iqtisadi ziyan vurulur, sosial gərginlik artır və sosial partlayış üçün ilkin şərtlər yaradılır. Petisiyaya görə, korrupsiya səviyyəsinin azaldılması Rusiyaya bir sıra iqtisadi və sosial problemləri həll etməyə kömək edəcək.


Müəllif Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsinin "Dövlətə xəyanət" bəndinə korrupsiyanı dövləti xəyanət sayan bir bənd əlavə etməyi təklif edib.


Müraciət hələ ki, 400-dən çox istifadəçi səsi alıb.

 

Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR