Rusiyada sirkdə oyun zamanı ayı hamilə sirk işçisinə hücum edib.
Qaynarinfo xəbər verir ki, hadisə şənbə günü axşam baş verib.
Hadisə yerində olan digər sirk işçiləri qamçı ilə ayını dayandırmağa çalışsa da, nəticəsi olmayıb.
Yaralı qadın xəstəxanaya çatdırılıb. Şahidlər səhnə ilə auditoriya arasında heç bir maneənin olmadığını, buna görə də ayı hücumunun nəticələrinin daha da pis ola biləcəyini qeyd edib.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Xəyal Abdullayev
Şərhlər