Dövlət Duması Rusiyanın yeni hərbi şöhrət günü ilə bağlı qanun layihəsini ilk oxunuşda qəbul edib.
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, oktyabrın 9-u "Sovet qoşunlarının nasist ordularının Qafqaz uğrunda döyüşdə məğlub olma günü (1943)" kimi qeyd ediləcək.
Bu döyüş Böyük Vətən Müharibəsi dövründə köklü bir dəyişikliyin yaranmasında və tamamlanmasında mühüm rol oynayıb və Leninqradın 900 günlük müdafiəsindən sonra ikinci ən uzun döyüş olub.
Dövlət Dumasında qeyd edilib ki, Qafqaz müharibəyə qədər əsas kənd təsərrüfatı zonası olduğu kimi, müharibə başlayandan sonra Bakı, Maykop, Qroznı bütün SSRİ neftinin 80% istehsal olunduğu bölgə kimi böyük əhəmiyyətə malik olub.
Alpər
Şərhlər