Dünya 09:11 02.10.2019

Rusiyadan "S-500" sınağı

Rusiya Suriyada "S-500" zenit-raket kompleksini sınaqdan keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Sınaq zamanı bir sıra nasazlıqlar aşkar edilib, lakin problemlər həll edilib və proses uğurla başa çatıb.

Qeyd edək ki, Rusiyanın analoqu olmayan "S-500" müdafiə sistemi hələlik xarici tələbat üçün istehsal edilmir. Sistem müxtəlif hava şəraitlərində sınaqdan keçirilir və təkmilləşdirmə işləri aparılır.

Gülşən