Ekonomiks 14:29 28.08.2019

Rusiyanın ən varlı ailələri (SİYAHI)

"Forbes" Rusiyanın ən varlı ailələrinin siyahısını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, "SAFMAR" şirkətlər qrupunun yaradıcısı Mixail Qutseriyev və ailəsi siyahıda ilk yerdə qərarlaşıb. Qutseriyevlərin sərvəti bir il ərzində 320 milyon dollar azalıb və 5,65 milyard dollara düşüb. M.Qutseriyevin oğlu Səid Qutseriyevin kapitalı atasının "Landbury Trading"də olan payını ona ötürməsi nəticəsində iki dəfə artıb. 

Arkadi və Boris Rotenberq qardaşı 5,18 milyardla siyahıda 2-ci yerdədir. 5 il əvvəl bu rəqədəm 370 milyon dollar çox idi. Qardaşlara qarşı tətbiq olunan beynəlxalq sanksiyalarə görə aktivlərin bir hissəsi A.Rotenberqin övladları İqor və Liliyaya keçib.

Tatarıstanın ilk prezidenti Mintimer Şaymiyevin oğulları Radik və Ayrat 2,8 milyard sərvətlə Rusiyanın ən varlılarındandır. Şaymiyevlərin sərvəti bir il ərzində 320 milyon dollar artıb.

Rusiyanın ən varlı 10 ailəsi arasında Qapontsevlər (2 milyard dollar), Yevtuşenkovlar (1,94 milyard dollar), Rəhimqulovlar (1,89 milyard dollar), Linniklər (1,6 milyard dollar), Sarkisovlar (1,6 milyard dollar), Bajayevlər (1,51 milyard dollar) və Mixaylovlar (1,16 milyard dollar) da var.

Gülşən