İdman 19:05 13.06.2019

Ruslan Abışovun yeni klubu müəyyənləşdi

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.
 
Qaynarinfo xəbər verir ki, təcrübəli müdafiəçi Ruslan Abışovla 2 illik müqavilə bağlanıb.

Futbolçu karyerasına "Neftçi”də başlayan Abışov, daha sonra "Xəzər Lənkəran”, "Qəbələ”, "İnter” və Rusiyanın "Rubin” klubunun uğurları üçün çalışıb. Abışovun son komandası "Neftçi” olub. 

Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb.