Ruslan Əliyev:

Ruslan Əliyev: "Xırdalandakı partlayışla bağlı araşdırma davam etdirilir"

"Abşeron rayonunun Xırdalan şəhərindəki 27-ci məhəllədə partlayış baş verən ikimərtəbəli evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir".

Qaynarinfo-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

"Hazırda mütəxəssislər Xırdalandakı partlayışla bağlı araşdırmanı davam etdirir. Ərazidən "Azəriqaz"a məxsus heç bir yeraltı qaz kəməri keçmir. Partlayış həyət evinin daxilində baş verib. Hadisəyə qaz sızması və yaxud balon qazı səbəb olub, o da məlum deyil. Bununla bağlı müvafiq qurumlar araşdırma aparır", - o qeyd edib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR