İdman 15:21 06.04.2020

Rüştü Rəçbər xəstəxanadan buraxıldı

Koronavirusa yoluxmuş Türkiyə millisinin sabiq futbolçusu Rüştü Rəçbər müalicə olunduğu xəstəxanadan evə buraxılıb. 

Qaynarinfo OdaTv-yə istinadən xəbər verir ki, veteran qapıçı xəstəxanada aldığı 10 günlük müalicəsinə evində davam edəcək.  
 
Qeyd edək ki, martın 28-də Rüştü Rəçbərin həyat yoldaşı Işıl Rəçbər keçmiş futbolçunun koronovirusla bağlı verdiyi testin nəticlərinin pozitiv çxdığını və onun xəstəxanaya aparıldığını bildirmişdi.