Xəbər lenti

Rüşvətxorluqda təqsirləndirilən kollec direktorunun həbs müddəti uzadıldı
Ölkə 17:35 07.05.2013

Rüşvətxorluqda təqsirləndirilən kollec direktorunun həbs müddəti uzadıldı

Bakı Dövlət Sosial İqtisad Kollecinin rüşvətxorluqda təqsirləndirilən direktoru və digər 3 əməkdaşı barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

APA-nın məlumatına görə, bu gün Nəsimi Rayon Məhkəməsində keçirilən proses zamanı istintaq orqanının verdiyi vəsatət təmin olunaraq  saxlanılan şəxslərin barələrində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Bakı Dövlət Sosial İqtisadi Kollecində keçirilən antikorrupsiya əməliyyatı zamanı kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsünə qarşı ittiham irəli sürülüb, barələrində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

O da məlum olub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər, adı çəkilən şəxslərin əllərində rüşvət üçün verilən pullar tutulub. Proses texnikanın imkanlarından yararlanmaqla, mötəbər sübutlar yaradılaraq, aparılıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->