Xəbər lenti

Video 11:03 30.10.2017

Röya və Günay arasında qalmaqal (VİDEO)

Müğənni Günay İbrahimli Qazaxıstanda keçirilən "Star of Asia” musiqi festivalına iştirak etməməsinin səbəbini açıqlayıb. "Qaynarinfo" "qafqazinfo”ya istinadən xəbər verir ki, gənc ifaçı "ATV maqazin onlarla” verilişinə açıqlamasında hadisənin pərdəarxası məqamlarına aydınlıq gətirib. 

İfaçı bildirib ki, musiqi gecəsində onunla yanaşı Röya Ayxan da dəvət olunub. Ancaq nədənsə, "Star of Asia”da təkcə Röya çıxış edib. 

G. İbrahimli ad çəkməsə də, əl hərəkətləri ilə onu müsabiqədən kənarlaşdıranın Röya olduğunu işarə edib: "Mən o konsertdə var idim. Bilmirəm necə oldu, ancaq alınmadı. Tolik mənə zəng etmişdi ki, iki ifaçını festival istəyiblər. Onlardan biri mən idim. Müsabiqəyə az qalmış zəng etdilər ki, Günay İbrahimli orada yoxdur. Hər zaman yaxşılıq etməyi sevirəm, o prinsiplə yaşayıram. Kimsə belə şeylər edərək kefimi poza bilməz. Artıq məndən çəkinirlər. Əvvəlki şıltaq Günay deyiləm, bir az böyümüşəm. Hamını yola verirəm”.  

Bu məqamda qeyd edək ki, əməkdar artist Röya Ayxanla Günay İbrahimli arasında xüsusi bir qalmaqal olmasa da, məşhurlar arasında soyuq külək əsir. 

Tədbirlərdə bir-birini görməzlikdən gələn, üz-üzə gələn zaman isə məcburiyyətdən salamlaşan hər iki məşhurun soyuq münasibətləri yəqin ki, festivalda iştirak etmələrinə təsir edib. 


Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?