"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşündə əsas müzakirə predmeti heç şübhəsiz S-400 raketləri idi. Amerikanın Türkiyəyə tələbi bəllidir: "Rusiyanın S-400 raketlərindən imtina edin!”. Bu praktik baxımdan mümkün deyil”.
Qaynarinfo xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu ABŞ və Türkiyə prezidentlərinin görüşünü şərh edərkən deyib.
O, qeyd edib ki, əvvala S-400-lər artıq Türkiyədə yerləşdirilib və pulu da ödənilib.
"İkincisi, Türkiyənin aldığı raketləri Rusiyaya geri qaytarması həm iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək, həm də Ərdoğanın xarizması zədələnəcək. Təsadüfi deyil ki, Ərdoğan Ankaraya qayıtdıqdan sonra bir daha qeyd etdi ki, S-400 raketlərindən imtina edə bilməyəcək.
Buna baxmayaraq, Rəcəb Təyyub Ərdoğan Vaşinqtondan geri qayıtdıqdan sonra Ankara yeni formul üzərində düşünür, yəni necə edək ki, həm S-400 raketlərindən imtina etməyək, həm də Amerika ilə münasibətlərimiz pozulmasın? Çünki, Türkiyə bəzi hərbi texnologiyaların alınmasında hələ Amerika ilə əməkdaşlıqdan daydalanır. Ankara Vaşiqntonla bütün körpüləri yandırmaq istəmir.
Buna görə də Ankaranın siyasi kuluarlarında yeni variantı gündəmə gətiriblər: Türkiyə S-400 raketlərini Azərbaycan yerləşdirilə bilər. Yaxın tarixdə belə bir presedent olub. Rusiya 1996-cı ildə Kipr Yunan Respbulikasına S-300 raketlərini satdı. Bu Ankaranın haqlı narazılığıan səbəb oldu. Bundan sonra adada vəziyyət gərginləşməsin deyə S-300 raketləri Yunanıstanda yerləşdirildi. Məsələ burasında idi iki, Kipr Yunan Respublikası ilə Yunanıstan hərbi müttəfiqlik mövcuddur və hər iki dövlət ortaq hərbi konsepsiyaya malikdirlər. S-300 raketlərinin Kiprdən Yunanıstana daşınmasıyla problem həll olundu”, - deyən Şahinoğlu hesab edir ki, eyni yanaşmanı S-400 raketərinə tətbiq etsək, bu raketlərin Azərbaycanda yerləşdirilməsi Amerika-Türkiyə gərginliyini ortadan qaldıra bilər, eyni zamanda Türkiyə Amerikadan həm "Patriot” raketlərini, həm də "F-35” hərbi təyarələrini ala bilər:
"Rusiya da Türkiyəyə satdığı raketlərin Azərbaycanda yerləşməsinə etiraz etməz. Ancaq bunun üçün Kirp və Yunanıstan timaslında olduğu kimi Azərbaycanla Türkiyə də ortaq hərbi konsepsiyaya malik olmalıdırlar”.
Politoloq bildirib ki, əslində Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını üst səviyyəyə qaldırmaq üçün gözəl fürsət yaranıb:
"S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsiylə Türkiyə-Azərbaycan hərbi ittifaqı formalaşacaq və Türkiyənin Azərbaycanda hərbi bazalarının rəsmiləşdirilməsi prosesə də asanlaşacaq. Fikrimcə, bu fürsətdən həm Ankara, həm də Bakı faydalanmalıdırlar. Əlbəttə, bütün hallarda qərarı Ankara verməlidir. Ancaq Bakıdan da Ankaraya siqnallar göndərilə bilər ki, S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsinin əleyhinə deyil”.
Şərhlər