Dünya 18:50 14.11.2019

Saakaşvili: "Gözlənildiyi kimi, İvanişvili hamıya atdı"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hakim "Gürcü Arzusu" partiyasının rəhbəri Bidzina İvanişvilini seçiciləri aldatmaqda ittiham edib. 

Qaynarinfo xəbər verir ki, eks-prezident İvanişvilinin 2020-ci ildə parlament seçkilərinin proporsional sistem əsasında keçiriləcəyini vəd etsə də, yalançı çıxdığını deyib. 
"Gözlənildiyi kimi, İvanişvili hamıya atdı", - Saakaşvili sosial şəbəkədə bildirib.
O, hakim rejimin legitim olmadığını qeyd edərək, müxalifəti birləşməyə və dinc şəkildə səfərbər olmağa çağırıb.