Xəbər lenti

Saakaşvili həbs olundu: aclıq aksiyasına başlayıb
Dünya 09:34 09.12.2017

Saakaşvili həbs olundu: aclıq aksiyasına başlayıb

 
Ukraynanın hüquq-mühafizə orqanları Odessa vilayətinin sabiq qubernatoru, "Yeni qüvvələr hərəkatı"nın rəhbəri Mixeil Saakaşvili Kiyevdə həbs olunub.
 
Qaynarinfo-nu reporta-a istinadən xəbər verir ki, bu barədə "UNİAN" Saakaşvilinin tərəfdarı David Sakvarelidze məlumat yayıb. O,  Saakaşvilini saxlaraq, Askoldovaya, Ukraynanın Təhlükəsizlik Xidmətinə aparıldığını qeyd edib.

Ukraynanın baş prokuroru Yuri Luçenko da Saakaşvilinin saxlanılması xəbərini təsdiqləyib. 

Onun şəxsi əşyalarına baxış və onların üzərində axtarış keçirilib.

Bir müddət sonra Mixeil Saakaşvilinin tərəfdarları siyasətçinin olduğu müvəqqəti saxlanılma təcridxanasına gediblər. Bu səbəbdən Saakaşvilinin saxlanıldığı müvəqqəti saxlama təcridxanasının mühafizəsi gücləndirilib.

Ukraynanın Baş Prokurorluğu Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili barəsində ev dustaqlığı həbs tədbirinin seçilməsini tələb edir.
Bu haqda Baş Prokurorluğun mətbuat katibi Larisa Sarqan bildirib.

"Prokurorlar məhkəmədən əvvəl Saakaşvili barəsində elektron qolbağın daşınmasıyla ev dustaqlığı tədbirinin seçilməsi ilə bağlı xahiş edəcəklər", - deyə Sarqan "facebook"da yazıb.

O, qeyd edib ki, istintaq hərəkətləri başa çatıb.

Siyasətçinin vəkili isə bildirib ki, Saakaşvili müddətsiz aclıq aksiyasına başlayıb.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->