Sentyabrın 4-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
"Qaynarinfo" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz 28-33° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.
Qaynarinfo.Az
Şərhlər