Azərbaycanda yeni zavodun açılışı olacaq

Azərbaycanda yeni zavodun açılışı olacaq

Azərbaycanda yeni spirtli içlikər zavodunun açılışı olacaq.

Qaynarinfo kommersant.ru-ya istinadən xəbər verir ki, Rusiyanın spirtli içkilər istehsalçısı olan "Tatspirtprom" dövlət şirkəti ilə Azərbaycanda yerli distributor "Carchioglu Group"un birgə spirtli içkilərin istehsalı zavodu fəaliyyətə başlayacaq. 

Bu barədə açıqlama verən "Tatspirtprom"un baş direktoru İrek Minnaxmetov bildirib ki, 2-3 il ərzində müəssisə illik 5,5 milyon dekalitr istehsal gücü ilə yerli bazarın 20%-nə sahib olmaq niyyətindədir. Onun sözlərinə görə, bu planlara yalnız bazarda saxta məhsulların payının böyük olması müdaxilə edə bilər.

Müəssisədə ildə 190 min dekalitr spirtli içki istehsal etməyə planlaşdırılır. bunun da 18 min dekalitri "Tatspirtprom"un bredlərinin payına düşəcək. Perspektivdə bu göstəricini 400 min dekalitrə çatdırmaq planlaşdırılır. 

Bu "Tatspirtprom"un xaricdə olan ilk obyekti olacaq. Zavodun idarəçiliyi "RusAzeri Spirits" MMC tərəfindən həyata keçiriləcək. Tərəflərin hər birinin payı 50 faizdir. 
XƏBƏRLƏR
BLOGLAR