İdman 20:52 26.01.2022

"Sabah"ın baş məşqçisi bəyəndiyi 3 futbolçunun adını açıqladı

"Sabah" klubunun baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasında çıxış edən ən yaxşı 3 futbolçunun adını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, rusiyalı mütəxəssis "Match TV"yə müsahibəsində "Neftçi"dən Emin Mahmudovu, "Qarabağ"dan Abdullah Zubiri və "Zirə"dən Davit Volkovu bəyəndiyini bildirib.

O, "Sabah"ın heyətində heç kimi fərqləndirmək istəmədiyini söyləyib: "Mənim üçün hamısı yaxşıdır. Ümumiyyətlə, limitlə əlaqədar xaricdən Azərbaycan əsilli futbolçuların ölkəyə qaytarılması və onlara idman vətəndaşlığı verilməsi tendensiyası var. Ramil Şeydayevdə olduğu kimi. O, indi "Qarabağ"dadır. Bundan başqa, Tula "Arsenal”ından Ayaz Quliyev və "Ufa”dan Azər Əliyevlə bağlı xeyli söz-söhbət gəzir".

Qeyd edək ki, ötən ilin oktyabrından "Sabah"a başçılıq edən Murad Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?