Foto 14:28 07.05.2019

"Sabina Perfumery & Cosmetics" vaxtı keçmiş mallarını alıcılara hədiyyə kimi verir (FOTO)

B.Əliyeva soyadlı xanım "Facebook"dakı şəxsi səhifəsində etdiyi paylaşımda "Sabina Perfumery & Cosmetics" şirkəti  ilə bağlı ittiham səsləndirib.

Paylaşım çoxsaylı "Facebook" istifadəçiləri tərəfindən müzakirə olunub və əksəriyyət də şərhlərində "Sabina Perfumery & Cosmetics" haqda tənqidi fikirlər bildiriblər.

İstifadəçilər paylaşımın haqlı olduğunu, bəziləri isə adıçəkilən şirkətin məhsullarını alarkən oxşar hallarla rastlaşdığını yazıblar. Bir çoxları "Sabina Perfumery & Cosmetics"in istehlakçıları aldatdığını və mallarını alıcılara sırıdığını bildiriblər. Şərh yazanlar arasında məhsulu qaytarmağı məsləhət verənlər və bu şirkətin məhsullarını almamağı tövsiyyə edənlər də olub.



Şikayətçinin yazdığı statusu və paylaşdığı şəkilləri olduğu kimi təqdim edirik:

"Mənim şikayətim "Sabina Perfumery & Cosmetics" şirkətindəndir. 5-ci gün "Sabina Perfumery & Cosmetics"in dükanından alış-veriş etdim. Kassada mənə kremi hədiyyə kimi verdilər. Məlum oldu ki, kremdən son istifadə tarixi keçib. Vaxti kecmiş mallarını tullamaga deyəsən heyifləri gəlir deyə camaata hədiyyə kimi verirler. Ayıb olsun”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.