Ölkə 21:22 28.01.2022

Sabiq icra başçısı bu vəzifəsini də itirdi – Yerinə vergi işçisi gətirildi

Xaçmaz Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Şəmsəddin Xanbabayev YAP-ın Xaçmaz rayon təşkilatının sədri vəzifəsindən azad olunub.

Qaynarinfo-nun məlumatına görə, qərar bu gün videokonfrans formatında "Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi üçün keçirilən konfransda səsvermə yolu ilə verilib. 

Belə ki, konfransda keçirilən müzakirələrdən sonra səsvermə yolu ilə Balaqadaşov Məhəmməd Müslüm oğlu YAP Xaçmaz rayon təşkilatının sədri seçilib. 

Qeyd edək ki, M.Balaqadaşov uzun illər ləğv edilən Vergilər Nazirliyinin maliyyə və təminat departamentinin baş direktorunun müavini olub.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?