Video 23:54 27.01.2020

Sabir Rüstəmxanlı Aşağı Qaramanlıda seçicilərlə görüşdü (VİDEO)

Xalq şairi, 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Sabir Rüstəmxanlı Neftçala rayonunun Aşağı Qaramanlı kəndinin sakinləri ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, S.Rüstəmxanlı görüş zamanı sakinlərin istək və təkliflərini dinləyib, onlarla fikir mübadiləsi aparıb.

Görüş əsnasında çıxışçılar iqtisadi, sosial problemlərin illərdi həll edilmədiyini, rayonun təbii resurslarından, daxili imkanlarından lazımı səviyyədə istifadə olunmadığını, bunun da sakinlərin güzəranında müxtəlif çətinliklər yaratdığını bildiriblər. 

Onu da vurğulayıblar ki, namizədlər içində illərdi üst-üstə qalaqlanan bu problemləri həll edə biləcək yeganə şəxs Sabir Rüstəmxanlıdır. Çünki onun bu sahədə uzun illər ərzində toplanmış zəngin təcrübəsi var. 

Sakinlər namizədlər arasında Sabir Rüstəmxanlı adını gördükdən sonra problemlərinin respublika səviyyəsində dilə gətiriləcəyinə, Neftçalanın iqtisadi durumunun güclənəcəyinə inandıqlarını vurğulayıblar. 

S.Rüstəmxanlı isə bildirib ki, iştirak etdiyi bütün görüşlərdə səsləndirilən problemləri tək-tək qeydə alır. Millət vəkili seçiləcəyi təqdirdə təkrar görüşlər keçirəcək və problemlərlə daha yaxından tanış olacaq. Bundan sonra isə Neftçala sakinlərini narahat edən, güzəranlarını ağırlaşdıran problemlərin həlli üçün vahid plan hazırlayacaq:

"Bu plandan sonra var gücümlə çalışacam ki, Neftçalanın inkişafı ilə bağlı ayrıca bir qanun olsun, ayrıca bir qərar qəbul edilsin".