Foto 19:25 06.12.2018

Şabranda 22 yaşlı qız itkin düşdü (FOTO)

Şabran rayonu, Qazbabalı kənd sakini, 1996-cı il təvəllüdlü Quliyeva Aytac Rəşid qızı itkin düşüb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə 22 yaşlı qızın anası Naminə Quliyeva məlumat verib.

Onun sözlərinə görə, qızı dekabrın 4-də evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə Şabran Rayon Polis İdarəsinə məlumat verilib. 

Ailə Quliyeva Aytac barəsində məlumatı olanların aşağıdakı nömrələrlə əlaqə saxlamasını xahiş edir.

(050) 385 63 74
(050) 210 97 69
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!