Xəbər lenti

Sabunçuda müəllim həbs olundu
Ölkə 20:24 27.01.2020

Sabunçuda müəllim həbs olundu

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 169 saylı orta məktəbdə baş vermiş qalmaqal nəticəsində rus dili müəllimi həbs olunub. Onun haqqında Sabunçu rayon Məhkəməsinqə qərar çıxarılıb.

Qaynarinfo xəbər verir ki, məhkəmənin qərarıyla müəllim İbrahim Cəfərov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə - xırda xuliqanlıqda təqsirli bilinib. Ona 5 sutka inzibati həbs cəzası verilib.

Müəllim bu qərardan apellyasiya şikayəti verib. Yanvarın 27-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılarkən İbrahim Cəfərov bildirib ki, məktəbdəki qanunsuzluqlara, özbaşınalıqlara susmadığına, etiraz etdiyinə görə direktorla onun arasında münasibətlər yaxşı deyildi. Müəllimin sözlərinə görə, xeyli vaxt idi ki, onunla bağlı müəllimlərə, şagirdlərə əsassız şikayətlər yazdırılır, aktlar tərtib etidirilirdi: "Axırda da Elnarə müəllimənin vasitəsilə məni şərlədilər”.
 
İ.Cəfərov məktəbin digər rus dili müəllimi müəllimi Elnarə Vəliyevanı söyməkdə, məktəbdə xuliqanlıq etməkdə təqsirli sayılıb.

İ.Cəfərov isə bildirir ki, Elnarə müəlliməni təhqir etməyib. Ona verilən sinif otağında lazımi şərait olmadığına görə E.Vəliyevanın dərs keçdiyi kabinetə gedib: "Xahiş elədim ki, bir günlük dərs keçməyə icazə versin. Dedi ki, bu otağı direktor ömürlük verib. Mən də dedim ki, bu məktəb də, otaqlar da kiminsə mülkü deyil. Bir az keçdi, dərs dediyim yerdə bir də gördüm ki, məktəbə polislər gəlib, məni apardılar”.

E.Vəliyeva isə bildirir ki, İbrahim müəllim onun sinifdə olmamasından istifadə edib, gəlib şagirdlərini kabinetdən çıxarıb, özü orada dərs keçməyə başlayıb. Mübahisə də bundan sonra yaranıb. Onun sözlərinə görə, İbrahim Cəfərov onu şagirdlərin, kollektivin qarşısında təhqir edib, mübahisə zamanı ona "qorxaqsan, diktatura altında işləyirsən” deyib.

Bakı Apellyasiya Məhkəməsi İbrahim Cəfərovun şikayətini təmin etməyib. O bildirib ki, Avropa Məhkəməsinə şikayət göndərəcək: "Mən şagirdlərə dərsdən sonra pulsuz məşğələlər keçirdim, öz hesabıma, pulsuz əlavə dərs vəsaitləri tapıb gətirirdim. Görünür, bunlara belə müəllimlər lazım deyil”. /Bizimyol.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->