Siyasət 12:21 22.01.2021

“Şah İsmayıl Səfəvi Fondu” yaradılır – İran buna da əl atır

İranın dini lideri Əli Xameneyinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amuli İranı "dünya azərbaycanlılarının ikinci vətəni” adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə yanvarın 19-da "dünya müsəlman azəriləri” günü tədbirində çıxışı zamanı danışıb.

Amuli dünyada yaşayan bütün azərbaycanlıların iki vətəninin - birinin doğulduqları yer, digərinin isə İran olduğunu söyləyib.

O, Azərbaycan dilinin qaydalarının müəyyənləşdirilməsinin, Azərbaycan dili lüğətinin nəşrinin, Azərbaycan mədəniyyətinin qorunmasının vacibliyini bildirib:

"Bu gün buradan Şah İsmayıl Səfəvi Fondunun yaradılmasını bildiririk. Bütün dünya ələviləri Şah İsmayıl dövrünün ələvilərini təqib etməlidirlər”.

Qeyd edək ki, "19 yanvar dünya müsəlman azəriləri günü” İrandakı dini-siyasi rejim tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə alternativ olaraq elan edilib.