Siyasət 18:17 02.06.2020

Sahibə Qafarova icra başçısının oğlunu işdən çıxardı

Milli Məclisin Aparatında kadr islahatları davam etdirilir.

Unikal.org-un əldə etdiyi məlumata görə, Milli Məclsin sədri Sahibə Qafarovanın müvafiq əmri ilə, Aparatda çalışmış Fuad Qasımov tutduğu vəzifədən azad edilib. 

Qeyd edək ki, F.Qasımov Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovun oğludur.