Salyanda idarə rəisi iş otağında ölüb

Salyanda idarə rəisi iş otağında ölüb

Salyan rayonunda idarə rəisi iş otağında dünyasını dəyişib.

Qaynarinfo "Report”un Aran bürosuna istinadən xəbər verir ki, hadisə "Azərpoçt" MMC-nin Salyan filialında baş verib. 

Belə ki, filialın rəisi, Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlu otağında dünyasını dəyişib.

Qeyd edək ki, E.Mehdiyev bu vəzifəyə kimi bank sistemində rəhbər vəzifələrdə işləyib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR