Şamaxı şəhəri 2019-cu ildə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib.
Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, bu barədə 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə keçirilən tədbirdə elan olunub.
Şamaxı şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib.
"Gənclər paytaxtı"nın simvolik açarı Şamaxı şəhər İcra Hakimiyyətinin nümayəndəsinə təqdim olunub.
Xatırladaq ki, 2018-ci ilin "Gənclər paytaxtı" Naxçıvan şəhəri idi.
Şərhlər