Samir Abasovun "Sumqayıt” futbol klubunun baş məşqçisi postunu tərk edəcəyi dəqiqləşib.
Qaynarinfo fanat.az-a istinadla xəbər verir ki, "kimyaçılar”ın çalışdırıcısı iş yerini dəyişməkdə qərarlıdı. Abasov artıq "Zirə” rəhbərliyi ilə şifahi razılığa gəlib. "Sumqayıt”dan gedəcək mütəxəssis "qartallar”ın "sükanı arxası”na keçəcək.
Bu isə o deməkdir ki, qəsəbə təmsilçisinin məlum şəkildə diskvalifikasiya edilən çalışdırıcısı Ayxan Abbasov "Zirə"ylə vidalaşacaq.
Şərhlər