Ölkə 16:14 01.11.2019

Prezident Administrasiyasının yeni rəhbərindən ilk açıqlama (FOTO)

Prezident Administrasiyasının yeni rəhbəri Samir Nuriyev "Facebook" səhifəsində İlham Əliyevin təyinatından söz açıb.

Qaynarinfo xəbər verir ki, Samir Nuriyev açıqlamasında bildirib:

"Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm".

Qeyd edək ki, prezident İlham Əliyev bu gün Samir Nuriyevi Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edib.