Xəbər lenti

Sarkozi:
Dünya 18:23 11.12.2023

Sarkozi: "Ukraynanın NATO-ya daxil olmasının əlehinəyəm"

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi Ukraynanın NATO-ya daxil olmasının əleyhinədir, onun fikrincə, Kiyev Rusiya ilə Avropa arasında körpü rolunu oynamalıdır. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə İspaniyanın "Mundo” qəzetinə müsahibəsində bildirib.

Sarkozi prezidentliyi dövründə (2007-2012) Ukrayna və Gürcüstanın NATO-ya qoşulmasının əleyhinə olduğunu və Ukrayna münaqişəsinin onun baxış bucağını dəyişmədiyini bildirib.

"...Ukraynanın özünü müdafiə etmək hüququ var. Bununla belə, Ukraynanın NATO-ya üzvlüyünü qorumaq üçün nəyin bahasına olursa-olsun cəhd etmək düzgün deyil. Ukraynanın vəzifəsi, əlbəttə ki, beynəlxalq ictimaiyyətdən çox güclü təhlükəsizlik zəmanəti ilə neytral ölkə olaraq qalmaq və yenidən Rusiya ilə Avropa arasında körpü olmağa çalışmaq olmalıdır”, deyə eks-prezident bildirib və Fransanın hazırkı prezidenti Emmanuel Makronun Rusiya ilə dialoqu çox erkən bitirməsindən təəssüfləndiyini qeyd edib. 

Sarkozinin sözlərinə görə, o, prezident Vladimir Putinlə dialoq aparmağa cəhd edərkən haqlı idi. İndi çox təəssüflənir ki, Gürcüstanda baş verən hadisələr zamanı - 2008-ci ildə etdiyi kimi bu dialoqu davam etdirməyib: "Həmin zaman böhran bir neçə gün ərzində aradan qaldırıldı".

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->