Xəbər lenti

Saxta din xadimlərinin fəaliyyəti məhdudlaşdırılacaq - RƏSMİ
Ölkə 15:52 22.03.2019

Saxta din xadimlərinin fəaliyyəti məhdudlaşdırılacaq - RƏSMİ

Dini bilikləri olmayan şəxslər din xadimi kimi çalışa bilməyəcək.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.  

Məlumata görə, attestasiyanın keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən təsadüfi şəxslərin kənarlaşdırılmasıdır:

"Bu sahədə dini bilikləri olmayan, lakin özünü din xadimi kimi təqdim edərək fəaliyyət göstərən şəxslər var. Bizim məqsədimiz həmin şəxsləri bu sahədən kənarlaşdırmaqdır. Din xadimlərinin attestasiyadan keçirilməsi onların peşəkarlıq qabiliyyətini artırmaq, dini marifləndirmə sahəsində də əhəmiyətli işlər görməkdir. Çalışırıq ki, bu sahədə dini bilikləri olmayan və təsadüfi adamların fəaliyyətini məhdudlaşdıraq. Bu məqsədlə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən mütəmadi olaraq attestasiyalar təşkil edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu prosesdə iştirak edir. Attestasiyada müvəfəqiyyət qazanmış şəxslər isə QMİ sədrinin əmri ilə imam, imam müavini və mütəvəlli vəzifələrindən birinə təyin edilir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->