Seçki dairəsinin sədri dünyasını dəyişdi

Seçki dairəsinin sədri dünyasını dəyişdi

64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri dünyasını dəyişib.

Bu barədə Qaynarinfo-ya rayonun Qaratəpə kənd sakinləri məlumat verib. 

Onların bildirdiyinə görə, Şükür İmanov bu gün səhər saatlarında vəfat edib:

"Vəziyyəti ağır idi, özü də komaya düşmüşdü. Apardılar Bakıya, süni nəfəs aparatına qoşulmuşdu. Səhər saatlarında onu Bakıdan evinə gətirdilər. Aparatdan ayıran kimi dünyasınlı dəyişib. Bir azdan dəfn olunacaq”.

Qeyd edək ki, Şükür İmanov 64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri idi.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR