Xəbər lenti

Sədr
Ekonomiks 13:10 26.12.2017

Sədr "AGBank"ın bağlanacağı barədə xəbərlərə münasibət bildirdi

"AGBank" ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov iqtisadçı Natiq Cəfərlinin Qaynarinfo-ya açıqlamasında bağlanma ehtimalı yüksək olan bankların sırasında rəhbərlik etdiyi qurumun adını çəkməsinə münasibət bildirib.

Qanarinfo xəbər verir ki, Ə.Cəlilov bu informasiyaların şayiədən ibarət olduğunu qeyd edərək, ekspertləri açıqlamalar verərkən bir qədər məsuliyyətli olmağa çağırıb.

İdarə Heyətininin sədri bildirib ki, bank nəinki bağlanmaq, əksinə yaxın günlərdə müştərilərin rahatlığına hesablanmış  yeni məhsullar  təqdim etməklə yanaşı bir sıra innovativ layihələr də həyata keçirəcək:”Biz hər kəsi, ekspertləri, media nümayəndələrini bankımıza dəvət edirik. Gəlib özləri bankın hazırki fəaliyyəti ilə tanış ola bilərlər. AGBankda hal-hazırda 700-dən çox ibarət peşəkar işçi kollektivi çalışır. Bankda hazırki müştəri sayı 320 000 dən artıqdır. Kreditlərin verilməsində də heç bir problem yoxdur. Banklar arasında liderliyi qoruyub saxlayan AGBank-ın hazırki ümumi ipoteka kredit portfeli 56,3 mln. manat təşkil edir. Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1800-dən artıq ipoteka kreditləri verilib və hazırda bankda 1600 aktiv kredit mövcuddur. AGBank tərəfindən yenilənmiş ipoteka şərtləri əsasında artıq 11.3 mln. manat əbləğində ipoteka krediti verilib.Hər zaman müştəri məmnuniyyətinə üstünlük verən bank bir çox innovativ xidmət və yenilikləri ilə seçilib. Hazırda AGBank tam həcmdə bütün bank xidmətlərini göstərir. Bankın əsas məqsədi müştərilərə yüksək səviyyədə xidmət göstərmək və bank bazarında liderliyi əldə etməkdən ibarətdir”

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->