Xəbər lenti

Səfər Əbiyevdən təkzib: "Təəssüf edirəm"
Ölkə 17:32 11.01.2014

Səfər Əbiyevdən təkzib: "Təəssüf edirəm"

"Bu məlumtların hansı mərkəzdən idarə olduğunu yaxşı bilirəm"

Sabiq müdafiə naziri Səfər Əbiyev Qarabağ qazisi ilə bağlı olayda adı hallanan "Edis Group" şirkətinin onunla əlaqəsi olmadığını bildirib. 

S. Əbiyev “Qafqazinfo”ya açıqlamasında Qarabağ qazisi Zaur Həsənovun ölüm işində adının hallandırılmasına etiraz edib. O bildirib ki, “Edis Group” şirkəti ilə heç bir əlaqəsi olmayıb, ümumiyyətlə, bu şirkət barəsində birinci dəfə eşidir: "Mən bu məlumtların hansı mərkəzdən idarə olduğunu yaxşı bilirəm. Mənim hər hansı xarici şirkətlə əlaqəm yoxdur. Haqqımda yazılan həm bu, həm də digər dəqiqləşdirilməmiş xəbərlərə görə təəssüf edirəm”.

Xatırladaq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Qarabağ qazisi Zaur Həsənov olayı ilə bağlı yaydığı son xəbərdə mərhumun sökülən obyektinin əslində “Edis Qroup” şirkətinə məxsus olduğunu bildirib və bunu təsdiqləyən 2011-ci ilə aid Ali Məhkəməyə kasasiya şikayətindən iqtibas verib.

“Yeni Müsavat” qəzeti isə “Edis Qroup”un keçmiş müdafiə naziri Səfər Əbiyevin şirkəti olduğunu iddia edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->