ABŞ Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin tamamilə normallaşmasının sadəcə iki ölkənin gələcəyi üçün deyil, eyni zamanda Cənubi Qafqazda uzun müddətli sabitlik və təhlükəsizlik üçün də önəmli olduğuna inanır.
Qaynar.info-nun məlumatına görə, bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern "Armenpress" xəbər agentliyinə verdiyi açıqlamasında bildirib.
ABŞ-ın yeni dövlət katibi Con Kerri ilə bağlı sualları da cavablandıran Heffern Ankara-İrəvan münasibətlərinin normallaşmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Müsahibəsi zamanı Heffern Ermənistanın ABŞ üçün dəyərli bir dost və müttəfiq olduğunu xüsusilə qeyd edib.
Qaynar.info
Şərhlər