Dünya 15:16 03.06.2019

Şəhər valisi ölü tapıldı

Almaniyanın Kassel şəhərinin valisi Volter Lübke evinin həyətində ölü tapılıb.

Qaynarinfo xəbər verir ki, 65 yaşlı valinin başında güllə yarası aşkarlanıb. Hadisənin cinayət, yoxsa intihar olduğunu aydınlaşdırmaq üçün təhqiqata start verilib. Polislər evin ətrafında hadisədə istifadə olunan silahı axtarır.

Gülşən