Ölkə 13:16 28.03.2020

Şəhərə giriş-çıxış qaydalarını pozan 10 nəfər məsuliyyətə cəlb edildi

Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarından yüzlərlə avtomobil geri qaytarılıb.

Bu barədə Qaynarinfo-ya DİN Baş DYP İdarəsindən məlumat verilib.

Bildirilib ki, dünən saat 08:00-dan bu gün saat 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən Bakı-Quba yolunun 45-ci kilometrində yerləşən keçid postundan 70-i rayon, 374-ü şəhər istiqamətinə olmaqla, 444 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən keçid postundan 27-si rayon, 151-i şəhər istiqamətinə olmaqla, 178 nəqliyyat vasitəsinin geri qaytarılması təmin olunub.

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 200-ü rayon, 178-i şəhər istiqamətinə olmaqla, 378 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Qeyd edək ki, 19 mart 2020-ci il saat 08:00-dan 28 mart 2020-ci il saat 08:00-dək 7 842 nəqliyyat vasitəsinin rayon, 25 mart 2020-ci il tarixdən 28 mart 2020-ci il saat 08:00-dək isə 4 359 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə, 10 nəfər məsuliyyətə cəlb edilib.

Ümumilikdə, bu günədək 12 201 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.