Bədənə zərər verməmək üçün səhər yeməkləri ağılla seçilməlidir.
Qaynarinfo xəbər verir ki, bu haqda Cursorinfo-ya mütəxəssislər səhər yeməkləri və içkiləri hansılarının zərərli olmasından danışarkən bildiriblər.
Mütəxəssislər boş mədəyə qəhvə içməyi həmişəlik dayandırmaq lazım olduğunu düşünürlər, çünki bu içki mədə divarlarını qıcıqlandırır, ifrazatın turşuluğunu artırır və xroniki xəstəliklərin yaranmasına səbəb olur.
Qəhvəni az miqdarda bal və ya limon əlavə edilmiş təmiz su ilə əvəz etmək daha yaxşıdır – bu, həzm prosesini yaxşılaşdırmağa kömək edəcək.
Diyetoloqlar səhər saatlarında tünd çay və turşməzə təzə şirələr içməyi də məsləhət görmürlər. Köpə səbəb ola biləcək bütün qidalardan - paxlalılar, makaron, kələm, konservləşdirilmiş və yağlı qidalardan qaçmaq məsləhətdir.
Alpər
Şərhlər