Xəbər lenti

Ölkə 15:09 16.04.2021

Şəhərlərdə uşaq ölümləri nə üçün kəndləri üstələyir? (ŞƏRH)

"Əhalinin əsas konsentrasiyası şəhərlərdədir”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla kənd və şəhərlərarası uşaq ölümü ilə bağlı demoqrafik statistikanın səbəblərini açıqlayarkən deyib. O bildirib ki, qeyri-rəsmi məlumatlara görə, Bakı və Abşeronda 4 milyon adam yaşayır:

"Bu, çox böyük rəqəmdir. Azərbaycanda da təxminən 5-6 milyon əhali var. Qalan əhali Rusiyada və başqa ölkələrdədir. Reallıq budur. Yəni, kənddəki əhali sıxlığı şəhərlə müqayisə oluna bilməz. Bu da təbii ki, ölüm göstəricilərinə görə fərqlidir. Ölüm göstəricilərində şəhər üstünlük təşkil edir”.
 
 

Qeyd edək ki, statistikaya görə, ayrı-ayrı rayonlarda 1 yaşadək uşaq ölümü göstəricisinin səviyyəsi rayon mərkəzlərilə kəndlərdə son dərəcə kəskin fərqlənir. Şəhərlər arasında da bu fərqin böyük olduğu statistikda əksini tapıb.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?