Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış on mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, mənzillərdən ikisi birotaqlı, üçü ikiotaqlı, beşi üçotaqlı olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov mərasimdə çıxış edərək bildirib ki, şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilən mənzillərin sayı 6200-dən çoxdur. Təkcə bu il həmin kateqoriyadan olan ailələrə 626 mənzil təqdim edilib.
Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib.
Şərhlər