Foto 12:58 26.10.2020

Şəhid Dmitri Solntsev II Fəxri Xiyabanda dəfn edildi (FOTO/YENİLƏNİB)

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Solnstevin nəşi II Fəxri Xiyabana gətirilib.

Qaynarinfo xəbər verir ki, onun nəşi torpağa tapşırılıb.
 
11:54 

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Solntsevlə vida mərasimi başa çatıb.

Qaynarinfo xəbər verir ki, o, İkinci Fəxri Xiyabanda dəfn ediləcək.
 
11.33

Qaynarinfo-nun Report-a istinadən verdiyi məlumata görə, şəhidin bacısı oğlu Anar Süleymanov bildirib ki, dayısı sentyabrda könüllü şəkildə döyüşlərə gedib:

"Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı".

Şəhidin bacısı Yuliya Soknteva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi: "Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi".
 
11:07

Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, işğal olunmuş torpaqlamızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz Dmitri Solntsevin vida mərasimi yaşadığı binanın önündə keçirilir.

Vida mərasimində dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və sıravi insanlar iştirak edir.