Foto 15:17 16.02.2020

Şəhid hərbi qulluqçumuz dəfn edildi (FOTO/VİDEO/YENİLƏNİB)

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri Seymur Ələsgərov dəfn edilib.  

"Report"un Qərb Mərkəzinin məlumatına görə, S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, hərbçilər, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, şəhər sakinləri iştirak edib.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub, onun 9 aylıq oğlu var. 
 
 *14:27

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində dəfn mərasimi keçirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun dəfn mərasimi başlayıb.

Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edir.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.

S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.
 
 *12:14

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində vida mərasimi keçirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun vida mərasimi keçirilir. Mərasimdə yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prakurorluq əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edir.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.

S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.