Ölkə 22:35 14.10.2021

Şəhid olan hərbi qulluqçumuz sabah Goranboyda dəfn ediləcək (FOTO)

Qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Goranboy rayonu, Borsunlu kəndindəndir.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid olan əsgər - 2002-ci il təvəllüdlü Həmzəyev Əfqan Bəhram oğlunun sabah dəfn ediləcəyi gözlənilir.

Allah rəhmət eləsin!