Şəhid övladı: Anam bağırdı, atamın tabutunu həyətdə gördüm (VİDEO)
Baku TV Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Ramiq Mikayılovun evində oldu. 6 yaşlı oğlu Ağaseyid Mikayılovun atası haqqında söylədikləri hamını göz yaşına boğdu.
Dediyinə görə, şəhid atası daim vətəni, torpağı düşünüb hər şeydən əvvəl Vətən üçün yaşadığını söyləyib. Gecə idi anamın bağırtısını eşitdim ayaqqabılarımı geyinib həyətə düşdüm, babam Ramiq Mikayılov şəhid oldu dedi. Həyətdə atamın tabutunu gördüm amma ağlamadım və mən heç vaxt ağlamadım. Bilirəm ki, atam cənnətdədi məni görür, mənə baxır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər