Xəbər lenti

Şəhid zabitimizin qanı yerdə qalmayacaq - Müdafiə Nazirliyi
Ölkə 13:35 27.01.2014

Şəhid zabitimizin qanı yerdə qalmayacaq - Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla qoşunların təmas xəttində baş verənlərə dair açıqlama verib. 

Müdafiə Nazirliyinin mətbuat xidməti AzNews.az-ın sorğusuna cavabında bildirib ki, son günlər qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi ilə müşayiət olunan atəşkəs rejiminin pozulması hallarının kəskin surətdə artması və kəşfiyyat-diversiya qruplarının cəbhə xəttini keçmək cəhdləri erməni tərəfinin növbəti təxribatıdır: 

“Ermənistanın hərbi-siyasi rejiminin son 7 gün ərzində atəşkəsi 934 dəfə pozulması bunu bir daha sübut edir. Biz düşmənin heç bir hədə-qorxusundan çəkinmirik. Amma fakt budur ki, məhz Ermənistan Silahlı Qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi və mülki vətəndaşlarımızı atəşə tutur. 

Yanvarın 23-də Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında kapitan Elnur Cəfərovun düşmən tərəfindən açılan snayper atəşilə vurulması da erməni avanturasının davamıdır. Müdafiə Nazirliyi olaraq bildiririk ki, xalqımızın hərtərəfli dəstəyi və qayğısı ilə qoşunların döyüşə hazırlığının səviyyəsi və şəxsi heyətin döyüş əzmi yüksək səviyyədədir”. 

Açıqlamada o da qeyd olunub ki, bölmələrimizin şəxsi heyəti onlara verilən döyüş tapşırıqlarının yerinə yetirilməsinə daim hazırdır: “Ali Baş Komandanımızın bildirdiyi kimi Azərbaycan və onun Silahlı Qüvvələri heç vaxt öz ərazilərimizdə ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Şəhid zabitimizin qanı yerdə qalmayacaq. Həmişə olduğu kimi Silahlı Qüvvələrimiz düşmənə layiq olduğu cavabı verir və bundan sonra da verəcək!”. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->