Ekonomiks 16:51 28.07.2021

Şəhriyar Məmmədyarov “AccessBank”ın depozit kampaniyasının simasıdır

Beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov "AccessBank”ın yeni depozit kampaniyasının simasıdır. O, bankın depozit kampaniyasını "İlk gedişdən qələbə” şüarı ilə təmsil edir: https://www.youtube.com/watch?v=YeZWTiLLa0g

"AccessBank” iyun ayının 1-dən yeni depozit kampaniyasına start verib. Kampaniya çərçivəsində bankda AZN valyutasında müddətli əmanət hesabı açan fiziki şəxslər illik 11%-dək qazanmaq imkanı əldə ediblər. Belə ki, depozit yerləşdirən müştərilər əmanət məbləğinin 1%-dək bonus qazana bilirlər. Əmanətçilər bonus faizlərini əmanət açdıqları gün əldə edə bilir və şəxsi vəsaitləri kimi istifadə etmək imkanı qazanırlar. Əlavə olaraq, əmanət müştərilərinə depozit məbləğindən asılı olaraq, bank tərəfindən müsbət qalığa illik 5%-dək gəlir hesablanan kart da hədiyyə olunur.

Əmanət sifariş etmək üçün  https://bit.ly/35SZYS5

Qeyd edək ki, "AccessBank” Şəhriyar Məmmədyarovun siması olduğu ilk yerli şirkətdir. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib ilk və yeganə şahmatçıdır. Dünyada "şah" ləqəbi ilə tanınan Şəhriyar Məmmədyarov türk və müsəlman dünyasında, 2800 elo xalını keçən ilk və yeganə şahmatçıdır.