Şəkidə bu gün saat 15 radələrində faciəli hadisə baş verib.
Şəki Şəhər Rayon Polis Şöbəsinə Şəki şəhəri Mahmud Əliyev keçəsindəki fərdi yaşayış evlərinin birində iki meyit aşkar edilməsi ilə bağlı məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası gəlib.
Aparılan müayinə zamanı hər iki şəxsin vanna otağında dəm qazından boğularaq ölmələri müəyyən edilib. Araşdırma zamanı dəm qazından boğulub ölən şəxslərin Bakı şəhəri Xətai rayon sakini, 24 yaşlı Xudafər Abışov və Oğuz rayonu Xaçmaz kənd sakini, 25 yaşlı Gülşən Tehran qızı Ağayeva olmaları məlum olub.
Həmin şəxslər evi kirayəyə götürüblərmiş.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır. (apa)
Qaynar.info
Şərhlər